[:az]Müxalifət 31 mart mitinqinə hazırlaşır[:]

tərəfindən Gozetci

[:az]“Müxalifət qüvvələrinin martın 31-də keçirilməsi nəzərdə tutulan mitinqinə hakimiyyətin icazə verməməsi üçün heç bir əsas yoxdur”, -Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli Turan-a bildirib.

Onun sözlərinə görə, mitinqin tezislərindən biri 1918-ci ilin martında Azərbaycan xalqına qarşı baş vermiş soyqırımla bağlıdır: “Qarşıdakı mitinqin hədəflərindən biri həm də xalqın tarixində baş vermiş bu hadisənin unudulmasının qarşısını almaqdır”.

N.Məmmədli deyib ki, 31 mart Azərbaycan xalqının soyqırım günüdür deyə aksiyaya icazə verməməsi iki-üç qat ağırlığı ilə hakimiyyətin özünə qayıda bilər: “Ona görə də düşünmürəm ki, hakimiyyət aksiyaya icazə verməsin”.

Müsavat Partiyası Mərkəzi icra Aparatının rəhbəri Gülağa Aslanlı da hesab edir ki, aksiyanın 31 mart -Azərbaycanlıların Soyqırım Gününə təsadüf etməsinə görə hakimiyyətin mitinqə icazə verməməsinə əsas yoxdur: “Biz 31mart gününü də bu aksiyada yad edəcəyik, 100 il öncə xalqımızın həyatında baş vermiş qanlı hadisəni dəyərləndirəcəyik”.

G.Aslanlı vurğulayıb ki, istənilən halda ölkədə 11 aprel prezident şeçkilərilə bağlı təbliğat mərhələsi başlayıb, odur ki, ölkədə bu prosesə də münasibət ifadə ediləcək: “Demək istəyirəm ki, hakimiyyətin aksiyaya icazə verməməsinə heç bir səbəb yoxdur”.

Xatırladaq ki, 1918-ci il martın 31-də Bakıda, eləcə də Azərbaycanın rayonlarında erməni-bolşevik silahlı birləşmələri azərbaycanlıaraq arşı qətliam törədiblər, bu hadisələr zamanı 30 minə yaxın insanın qətl edildiyi deyilir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az