[:az]Mitinq təşkilatçıları Bakı polisinə çağrılıb[:]

tərəfindən Gozetci

[:az]Müxalifətin planlaşdırılan mitinqinin təşkilatçıları, Milli Şura və Müsavat Partiyası təmsilçiləri Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.

Bunu AzadlıqRadiosuna Milli Şuraya daxil olan AXCP rəyasət heyətinin üzvü İlham Hüseyn bildirib.

İ.Hüseynin deməsinə görə, polis mitinq təşkilatçılarına öncədən elan edilmiş şüarlardan kənara çıxmamaq, qanundankənar addımlar atmamaqla bağlı xəbərdarlıq edib.

Müxalifətçilər xəbərdarlıqla bağlı müvafiq protokollara imza atıblar.

Milli Şura və Müsavat Partiyası sabah, martın 10-u Bakıda mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti artıq birgə mitinqə icazə verib.

Etiraz aksiyasının «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlar altında keçirilməsi nəzərdə tutulur.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az