[:az]Siyasi mühacirin atasının qəbri təhqir olunub[:]

tərəfindən Gozetci

[:az]Bu günlərdə siyasi mühacir Vidadi İsgəndərlinin atasının Göyçay rayonundakı qəbrini təhqir ediblər. Təhqirin əks olunduğu video YouTube kanalında yerləşdirilib. Qəbri təhqir edən şəxslər Vidadi İsgəndərlidən tənqidlərini dayandırmasını tələb edib.

Vidadi İsgəndərli Azərbaycanın prokuroroluq orqanlarında işləyib. Vəzifədən azad edildikdən sonra müxalifətə keçib və hüquq müdafiə fəaliyyəti ilə məşğul olub. Bir neçə dəfə həbs edilib. 2015-ci ildə mühacirətə gedib.

İsgəndərli Azərbaycan hökumətini, yüksək vəzifə tutan şəxsləri, onların ailə üzvlərini, Milli Məclisin deputatlarını kəskin emosional tənqidləri ilə tanınır.

Atasının qəbrinin təhqirindən sonra İsgəndərli YouTube kanalında prezident İlham Əliyev, onun atası Heydər Əliyev, ailə üzvləri, eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə bağlı kəskin tənqidi video-müraciətini yerləşdirib. İsgəndərli prezident Əliyevə müraciətində atasının qəbrini təhqir edənlərin dərhal tapılıb həbs edilməsini tələb edir.

“Atam Sovet İttifaqı Qəhrəmanıdır. Atamın qəbrinə qarşı vandallıq edənlərin iki gün müddətinə tapılmasını tələb edirəm”, deyə o qeyd edib.

İsgəndərli müraciətində deyir ki, İlham Əliyev qəbri təhqitr edənlərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verib.

“Mən iki sutka vaxt verirəm. İstəyirəm ki, bu vandalizm ilə bağlı mövqeyinizi bildirəsiniz”, deyə o deyib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az