[:az]Məhkəmə hüquqşünasların mitinqlə bağlı iddialarını mümkünsüz sayıb[:]

tərəfindən Gozetci

[:az]Bu barədə hüquqşünas Samirə Ağayeva öz facebook hesabında yazıb: “Hüquqşünasların mitinqinə Bakı şəhər İcra Hakimiyyəti icazə vermədiyi üçün təşkilatçılar 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə mürəciət etmişdilər. Məhkəmə iddianı mümkünsüz saydı. Mümkünsüzlüyünün səbəbi olaraq da onu göstəriblər ki, guya 3 təşkilatçıdan biri müraciətə imza atmayıb. Təşkilatçılar bu qərardan apelyasiya şikayəti verib.”

“Bugünkü iclasda isə apelyasiya şikayəti təmin olunmayıb. Şikayəti verən şəxslərdən biri məhkəmə iclasında İcra Hakimiyyətinin nümayəndəsindən göndərilən müraciətin təqdim olunmasını xahiş etdi.

Məhkəmə müraciətin həqiqətən 3 nəfərin imza atmasını əmin olduğuna baxmayaraq apelyasiya şikayətini təmin etməyib.

Hakimiyyət 2 fundamental hüquq və azadlıqdan qorxur: ifadə və sərbəst toplaşmaq azadlıqlarından.”- Samirə Ağayeva əlavə edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az