[:az]İtalyan deputat Luka Volontedən çirkli pulların yuyulması ittihamı götürülüb[:]

tərəfindən Gozetci

[:az]

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan italiyalı parlamentari Luka Volontenin üzərindən Milan məhkəməsi çirkli pulların yuyulmasında iştirak ittihamını götürüb.

İtaliya mətbuatının verdiyi məlumata görə, bu barədə Volontenin vəkilləri bəyanat veriblər.

Vəkillər bildiriblər ki, üç illik araşdırmalardan sonra məhkəmə Volontenin çirkli pulların yuyulmasında günahını sübut edən faktlar olmadığı qənaətinə gəlib.

“İnanırıq ki, bu qərar bizim müştərinin korrupsiya ittihamlarına da şamil olunacaq”, vəkillər deyiblər.

Xəbəri İtaliyadan olan hüquqmüdafiəçisi Elena Gerebizza da təsdiqləyib. O bildirib ki, çirkli pulların yuyulması ilə bağlı ittiham götürülsə də, rüşvət ittihamı üzrə məhkəmə davam edir.

Məsələyə ilkin reaksiya verənlər arasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub.

“Azərtac” agentliyinə müsahibəsində Ə.Həsənov bəyan edib ki, Milan məhkəməsinin qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqlədi.

“Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”.

2016-cı ilin dekabrında Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasını dərc edib.

Bu araşdırmada Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin cəlb olunduğu korrupsiya sxemləri ifşa edilib.

Araşdırmada Rəsmi Bakının maraqlarının fəal lobbiçiləri arasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı parlamentari Luka Volontenin (Luca Volonte) adı çəkilir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az