[:az]Taleh Bağırova əlavə ittiham üzrə hökm oxunub[:]

tərəfindən Gozetci

[:az]Qaradağ rayon Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmə hökmü ilə o, beş ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Taleh Bağırova Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib.

 

İttihama əsasən, onun üzərindən ötən il iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

Taleh Bağırov özünü təqsirli bilməyib.

 

T. Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

APA[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az