[:az]Həmməruzəçi Gözəl Bayramlının həbsindən narahatdır[:]

tərəfindən Gozetci

[:az]AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach AXCP sədrinin müavini Gözəl Bayramlının 3 illik həbsə məhkum edilməsinə münasibət bildirib.

“Həmməruzəçi olaraq soruşa bilərəmmi ki, nəyə görə? Onun məhkəməsindən narahatam, həbsi yanlış idi, hüququn aliliyinə əməl olunmayıb”, – həmməruzəçi Twitter-də yazıb.

Bir neçə gün öncə həmməruzəçi jurnalist Əfqan Muxtarlının da həbsindən narahatlığını dilə gətirmişdi. Stefan Schennach yazırdı ki, həmkarlarıyla Azərbaycanda və Gürcüstanda məsələni araşdırıblar. O, Əfqanın Gürcüstandan necə “götürülməsi”ndən narahat olduğunu bildirib, “o, həbsdə olmamalıdır” deyə yazıb.

AXCP sədrinin olan müavini Gözəl Bayramlı yanvarın 23-də qaçaqmalçılıqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Jurnalist Əfqan Muxtarlı isə qaçaqmalçılıq da daxil olmaqla bir neçə ittihamla 6 il azadlıqdan məhrum olunub. Hər ikisi ittihamları siyasi motivli sayır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az