[:az]Xədicə İsmayılovanın şikayəti təmin olunmadı[:]

tərəfindən Gozetci

[:az]Məhkəmə onun ölkədən çıxışına icazə verməyib

Yanvarın 30-da Bakı Apelyasiya Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından imtina ilə bağlı şikayətinə baxıb. Qadağa X.İsmayılovanın şərti cəza çəkməsi ilə əsaslandırılıb.

Xədicə İsmayılova qadağanın heç olmasa müvəqqəti aradan qaldırılmasını istəyib. O, artıq 3 dəfə məhkəməyə müraciət edib.

X.İsmayılova deyib ki, bir aylıq kursda dərs demək üçün Stokholm İqtisad Məktəbinə dəvət edilib və buna görə ona 12 min avro məbləğində qonorar verilməsi nəzərdə tutulub.

Binəqədi Rayon Məhkəməsi ona icazə verməməklə həm də ona maddi ziyan vurub.

Məhkəmə prosesində jurnalist ona “Dürüst həyat tərzi” mükafatının verilməsi mərasiminə dəvət məktubunu təqdim edib. Ancaq hakim bunu nəzərə almayıb.

Əmir Bayramovun sədrliyi ilə keçən prosesdə onun vəsatəti təmin edilməyib, Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

Jurnalist Ali Məhkəməyə müraciət edəcəyini deyir.

Məhkəmənin qərarına münasibət bildirən jurnalist hesab edir ki, bu qərarlar onun təqsirsizlik prezumpsiyasını pozur:

“Yazırlar, ehtimal var ki, mən qayıtmayacam. Ancaq bunu söyləməyə heç bir əsas yoxdur”.

AİHM artıq X.İsmayılovanın şikayəti üzrə kommunikasiyaya başlayıb.

Hökumət yanvarın ortalarında AİHM-in suallarına cavab verməli olsa da, yenidən vaxt istəyib.

X.İsmayılova 2015-ci ilin dekabrında həbs olunub və 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

2016-cı il il mayın 25-də Ali Məhkəmə beş il sınaq müddəti olmaqla cəzanı 3,5 ilədək azaldılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az