Məhkəmə Aytac Tapdığın nikaha girmə tələbini rədd edib

tərəfindən Gozetci

Aytac Tapdıq

 

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan “Meydan TV” jurnalisti Aytac Əhmədovanın (Tapdıq) nikaha girmək tələbilə verdiyi vəsatətə baxılıb.

Ailə üzvlərinin verdiyi məlumata görə, A.Tapdıq çıxış etdiyi vaxt məhkəmə zalından zorakılıqla çıxarılıb.

Onun nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli də zaldan çıxarılıb və məhkəmə vəsatəti təmin etməyib.

“Aytacın məhkəmə zalında Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına süni, zorakı maneələr yaradıblar. Bir daha vurğulayırıq ki, nikaha daxil olmaq hər kəsin ən sadə hüquqlarından biridir və heç bir əsas olmadan bu nikaha müdaxilə etmək Aytaca qarşı psixoloji şiddətdir. Aytac qanunsuz yerə 199 gün həbsdə olması az deyilmiş kimi ən sadə hüquqlarından məhrum edilir. Kamran Məmmədli ilə görüşməsinə, evlənməsinə qadağalar qoyulur. Bacımı daha nə qədər psixoloji şiddətə məruz qoyacaqsınız? Həbsdə olmağı az deyilmiş kimi, məhkəmə işçilərinin də zorbalığına məruz qalmasına son verilməsini tələb edirik”, – yaxınları bildirib.

2024-cü il dekabrın 6-da “Meydan TV”-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.

“Meydan TV” əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun “Meydan TV”-yə aidiyyəti yoxdur.

Daha sonra müxtəlif vaxtlarda jurnalistlər Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre) və Ülviyyə Quliyeva (Əli) də eyni cinayət işinə görə saxlanılıb.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.

Toplum TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az