35
Martın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunanların həbs müddətinin artırılması məsələsinə baxılıb.
Məhkəmə “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı , Fatimə Mövlamlı, Aysel Umudova, Ramin Deko və Şəmşad Ağanın həbs müddətinin daha 3 ay uzadılması barədə qərar verib.
Məhkəmə “Meydan TV işi” üzrə saxlanılan vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov barəsində də qərar verib. Onun barəsində də olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.
“Meydan TV işi” üzrə saxlanılan jurnalist Nurlan Qəhrəmanlının (Libre) məhkəmə prosesi isə vəkilin qatıla bilməməsi səbəbindən təxirə salınıb.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Meydan TV