[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər şöbəsinin üzvü Firdovsi Əmrahovun bu gün, iyunun 25-də səhər saatlarında saxlandığı bildirilir
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, F.Əmrahov hazırda Gəncədən Bakıya aparılır.
Partiyadan habelə bildirilib ki, F.Əmrahov sosial şəbəkələrdəki tənqidi fəaliyyətinə görə saxlanıb: “Saxlandıqdan sonra onun Facebook hesabı silinib”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
AXCP-nin hazırda 10-a yaxın üzvü həbsdədir. Onlar müxtəlif maddələr üzrə ittiham edilsələr də, partiya həmin şəxslərin siyasi sifarişlə şərləndiyini bəyan edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olmadığını vurğulayırlar.
Azadlıq Radiosu[:]