[:az]DİN Şəmkir sakinlərinin etirazına cavab verib [:]

tərəfindən Gozetci

[:az]Mayın 13 -də  Şəmkir rayon Dəllər-Cəyir kənd sakinlərinin mülkiyyət hüquqlarının pozulması ilə bağlı Gözətçiyə etdikləri şikayətə DİN münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Gözətçiyə açıqlamasında bildirib ki, kənd sakini Mübariz Seyidovun iddiaları həqiqətə uyğun deyil:

“Mayın 13-də Şəmkir rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə Dəllər-Cəyir kənd sakini Mübariz Seyidova məxsus istixananın Gəncə-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun tikinti və mühafizə zolağına düşdüyünə görə əvvəlcədən razılaşdıqları kompensasiya ödənilməsinə baxmayaraq, yol tikintisinə maneə törətməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları qeyd edilən əraziyə gedərək M.Seyidov və oğulları Əbülfəz və Rövşənlə izahedici-profilaktik söhbətlər aparıb, onlara hər hansı bir məsələ ilə bağlı şikayətlərini aidiyyati qurumlara etmələri tövsiyyə edilib. Lakin onlar qanuna zidd hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərdiklərinə görə RPŞ-yə gətiriliblər.

Müvafiq araşdırmalardan sonra Mübariz Seyidov və oğlu Əbülfəz Seyidov rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.  Rövşən Seyidov isə İnzibati Xətalar Məcəlləsinin 510-cu  maddəsi ilə 100 manat cərimə edilib”

Qeyd edək ki, mayın 13-də Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Mübariz Seyidov və Kərim Həsənov mülkiyyət hüquqlarının pozulmasına etiraz ediblər. M.Seyidovun həyat yoldaşı Ulduz Seyidovanın sözlərinə görə Şəmkir rayon İcra Başçısı Alimpaşa Məmmədov onların ərazisini mənimsəyib:

“Bizim 1 ha 5 sot qanuni çıxarışla torpaq sahəmiz yeni çəkilən yolun planına düşür. İcra başçısı bizi aldadaraq 25 sotun pulunu ödəyib bir hektar ərazimizi mənimsəyir. Əvvəlcə bizə dedilər ki yerdə qalan sonra verləcək , indi isə heç nə olmamış kimi yol çəklişinə gəliblər. Həyat yoldaşım da konpensasiya verilməmiş ərazidə işə başlamağa qarşı etirazını bildirib. Alimpaşa müəllimin göstərişilə polis gəlib aparıb yoldaşımı və iki oğlumu. Bu gün oğlum Rövşəni bir sutka saxladıqdan sonra buraxıblar, yoldaşıma və oğlum Əbulfətə isə polisə müqavimət maddəsiylə 10 sutka həbs verilib.”

Ulduz Seyidova

Digər kənd sakini Həsənov Kərim Xanoğlan oğlu da ona məxsus olan şəxsi torpaq mülkiyyətinin 1ha 35 sot olduğunu və həmin ərazinin 19 sotuna konpensasiya verildiyi halda 46 sot ərazisinin zəbt edildiyini bildirib:

“Tələb edirəm ki yerdə qalan zəbt edilmiş torpağıma düşən konpensasiyamı verin. Məni İcra Hakimiyyətinin nümayəndələri polislə hədələyir zorla torpağımızı əlimizdən alırlar. Yeganə dolanşıq yerimiz də bu torpaq olmasına baxmayaraq yerli məmurlar əhəmiyyət vermirlər”

Şikayətlə bağlı video süjetin linki- https://bit.ly/2ToHmV8

 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az