Vəkil: ‘Tofiq Yaqublu artıq su da qəbul edə bilmir’

tərəfindən Gozetci

Tofiq Yaqublu

 

Mayın 7-də vəkil Fəxrəddin Mehdiyev Ədliyyə Nazirliyinin müalicə müəssisəsində həbsdə artıq 37 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu ilə görüşüb: ”

Tofiq Yaqublu artıq su da qəbul edə bilmir. Deməsinə görə, içdiyi suyu qaytarır. Özü, demək olar, hərəkət edə bilmir. Danışığı ləngiyib. Gözlərində zəiflik var. Mədə ağrılarından çox şikayət edir. Baş gicəllənmələrindən şikayət edir. Çəkisində sürətli itki var, 76 kiloqram 200 qrama düşüb”. (aclığa başlayanda 95.6 kq açıqlanmışdı).

Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə baxılmasının uzadılması, mayın 20-nə saxlanması ona çox pis təsir edib.

F.Mehdiyev düşünür ki, həkim hökmən müdaxilə etməlidir: “Yaxşı olardı ki, həkim Adil Qeybulla yenə ona baş çəksin. Mən vəziyyətin ağırlığına görə ondan xahiş etdim ki, aclıq aksiyasını dayandırsın, amma qəti şəkildə bildirdi ki, aclığı davam etdirəcək… Ağır təəssüratlardır, mənimlə vidalaşanda dedi ki, “ölümün səslərini eşidirəm”…”.

Vəkilin açıqlamasına, hələlik, rəsmi qurumların münasibəti bəlli deyil.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az