İmran Əliyev və Elgiz Qəhrəmanın məhkəməsi başlayır

tərəfindən Gozetci

İmran Əliyev və Elgiz Qəhrəman

 

məclis.info saytının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmanın işi üzrə istintaq yekunlaşıb, baxılması üçün məhkəməyə göndərilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib.

Bu barədə onların yaxınları məlumat verib. Məhkəmənin ilk iclasının mayın 20-nə təyin edildiyi bildirilir.

İmran Əliyev ötən il aprelin 18-də həbs edilib. Elgiz Qəhrəman isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma-qətimkan tədbiri seçilib.

İmran Əliyev ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı əlavə maddələrlə də ittiham irəli sürülüb. Hazırda hər iki şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən səkkiz ağır maddə ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Onlar ittihamları qəbul etmir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az