Nigar Həzi: “Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük”

tərəfindən Gozetci

Tofiq Yaqublu

Aprelin 3-də vəkili Nazim Musayev Ədliyyə Nazirliyinin təcridxanasında həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb.
O, görüşdən qayıtdıqdan sonra bildirib ki, üç gündür aclıq aksiyası keçirən Tofiq Yaqublu artıq halsızlaşıb:
“Mənim tövsiyəm də oldu ki, nə qədər də hansısa məsələləri haqsız, ədalətsiz hesab etsən də, əsas sənin özünün sağlamlığındır, ona görə də bu məsələyə bir az başqa prizmadan yanaşmaq lazımdır. Ancaq qərarında israrlı olduğunu bildirdi”.
Vəkilin sözlərinə görə, Tofiq Yaqublunun danışığında, davranışında dəyişiklik olsa da, saxlanma şəraitindən narazı deyil:
“Hər gün müayinə edilir. Özünün deməsinə görə, son bir gündə 1 kiloqram 800 qram çəki itirib, çəkisi 93 kiloqrama düşüb”.
Tofiq Yaqublunun yaxınları isə bildirirlər ki, o, bundan əvvəl də aclıq aksiyaları keçirib, heç vaxt belə sürətlə çəki itirməyib:
“Əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük. Qeyd edim ki, Tofiq Yaqublunun öd kisəsi yoxdur və səhhətində ciddi problemlər var”, – qızı Nigar Həzi vurğulayıb.
Vəkilin və yaxınlarının açıqlamalarına, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az