‘Toplum TV işi’ üzrə məhkəmə başlayır

tərəfindən Gozetci

“Toplum TV işi” üzrə məhkəmə başlayır.

Bu barədə AzadlıqRadiosuna vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun bildirməsinə görə, cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub, iş hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin olunub.

“ToplumTV işi” ilə bağlı həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar idi.

Bu ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli jurnalist Fərid İsmayılov da həbs edilib. Fevralda isə həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilsə də, o elə həmin ayın sonunda ev dustaqlığına buraxılıb.

“ToplumTV işi” üzrə həbs olunanlar əvvəlcə cinayət məcəlləsinin (CM) 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Daha sonra onlara qarşı 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,… ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Onların heç biri ittihamı qəbul etmir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az