Fazil Qasımov quru aclığa keçəcəyini bildirib

tərəfindən Gozetci

Fazil Qasımov

İstanbul Universitetinin dioktorantı, 146 gündür həbsxanada aclıq edən Fazil Qasımov quru aclığa keçəcəyini bildirib.

Bu barədə onun ailəsi noyabrın 5-də Fazil Qasımov ilə telefon danışığından sonra “Amerikanın səsi”nə bildirib.
“Fazilin ailəsi ilə telefon danışığına iki həftə idi məhdudiyyət qoyulmuşdu. Bu gün vəkil Rövşanə Rəhimli Ombudsman Aparatı ilə telefon bağlantısından sonra Fazil evə zəng etdi. Səhhətinin ağır olduğunu bildirdi. Dedi ki, ona qarşı qeyri-qanuni açılan cinayət işinə xitam verilməsi ilə bağlı hakim Mahirə Kərimovaya verdiyi vəsatət təmin olunmasa quru aclığa keçəcək”, – ailə üzvü “Amerikanın səsi”nə deyib.
Fazil Qasımovun növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.
Xatırladaq ki, siyasi məhbus kimi tanınan şəxslərin demək olar ki, hamısının noyabrda olacaq məhkəmələri Azərbaycanda keçiriləcək COP29 konfransı ilə əlaqədar təxirə salınıb.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımov aclıq səbəbindən səhhəti kəskin pisləşdiyindən iyulun 26-na keçən gecə Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az