Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

tərəfindən Gozetci

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib.

Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilər.

Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.

Mayın 5-da Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun artıq qlobal ictimai səhiyyəyə təhlükə təşkil etmədiyini elan edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az