İstintaq “Abzas Media” İnternet- nəşrilə əməkdaşlıqda şübhəli bilinən jurnalistləri və fəalları şahid qismində dindirməyə çağırmaqda davam edir.
Bu iş üzrə Bakı Şəhər Baş Polis İdarəsinə artıq 10-a yaxın adam çağırılıb. Şahidlər istintaq sirrini açıqlamamaq öhdəliyi səbəbindən dindirmələrin təfərrüatlarını açıqlamırlar.
Ümumilikdə, məlumdur ki, istintaq nəşrin xarici maliyyələşdirmə mənbələri və “Abzas Media”nın jurnalist araşdırmaları ilə maraqlanır.
Xatırladaq ki, noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və onun müavini Məhəmməd Kekalov saxlanılıblar. Ertəsi gün “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb. Onların hər üçü “xarici valyuta qaçaqmalçılığında” ittifam olunub və istintaq müddətində 4 ay ilkin həbs edilib.
Həbs olunanlar ittihamları rədd ediblər, Həsənli və Vaqifqızı öz həbsini peşəkar jurnalist fəaliyyəti və “Abzas Media”nın hakimiyyətin yüksək eşelonlarında korrupsiya araşdırmaları ilə əlaqələndiriblər. Beynəlxalq təşkilatlar “Abzas Media” rəhbərlərinin təqib edilməsini pisləyiblər.
Hüquq-mühafizə orqanları hələlik “Abzas Media”nın işi üzrə rəsmi açıqlama verməsələr də, hakimiyyətyönlü KİV durmadan müstəqil KİV-i xarici təşkilatlardan “qanunsuz qrant almaqda” günahlandırır. Azərbaycan Xarici İşlər Nazirliyi isə noyabrın 28-də ABŞ, Almaniya və Fransa səfirliklərinin rəhbərlərini çağıraraq həmin səfirlikləri və onların ölkələrini “Abzas Media”nı qanunsuz “maliyyələşdirməkdə” ittiham edib.
Turan