Bloqqer Rəşad Ramazanov yenidən həbs edilib

tərəfindən Gozetci

Bloger Rəşad Ramazanov 4 aylıq həbs edilib.

Bu barədə “Turan” İnformasiya Agentliyi blogerin həyat yoldaşı Könül Ramazanovaya istinadla məlumat yayıb. Məlumata görə, Rəşad Ramazanov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Həyat yoldaşının dediyinə görə, o, Rəşad Ramazova qarşı irəli sürülən ittiham və həbsindən dövlət hesabına təyin olunmuş vəkildən xəbər tutub.

Könül Ramazanova, yoldaşına qarşı irəli sürülən ittihamı uydurma hesab edir.

Hüquq müdafiəçisi Rüfət Səfərov da ittihamın doğruluğuna şübhə ilə yanaşıb.

O, Facebook səhifəsində Ramazanovun artıq bir dəfə – 2013-2019-cu illərdə siyasi məhbus həyatınl yaşadığını xatırladıb.

Hüquq müdafiəçisi əmindir ki, Ramazanov sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etdiyinə görə təqib olunur.

“Dəqiqləşdirməyə çalışıram, amma böyük ehtimal ki, əvvəl olduğu kimi, bu dəfə də cibinə narkotik maddəni yerləşdirib, sonra “aşkara çıxarıblar”, – Səfərov yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bloqqerin ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Rəşad Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiə təşkilatları onun həbsinin əsl səbəbini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə əlaqələndiriblər və onu siyasi məhbus kimi tanıyıblar. O, həbsindən əvvəl həm də dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Rəşad Ramazanovu “vicdan məhbusu” kimi tanıyıb.

2019-cu ilin martında Rəşad Ramazanov əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az