NİDA-çı gənc polisə aparıldığını deyir

by Gozetci

NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov bildirir ki, yanvarın 13-də tənqidli status yazdığına görə polisə aparılıb.

Bu barədə AzadlıqRadiosuna danışan E.Abbasov qeyd edib ki, o, prezident İlham Əliyev barəsində Facebook sosial şəbəkəsində status yazıb.

E.Abbasovun sözlərinə görə, o, axşam saatlarında marketə gedəndə yolda qabağına bir “VAZ-2107” markalı maşın çıxıb: “İçindəki adam məni çağırdı, dedi ki, sənin adın Elmirdir? Dedim, “hə”. Dedi, “otur maşına gedək idarəyə, rəis səni görmək istəyir”. Dedim ki, “evimə bildiriş göndərin, belə dəvətiniz qanunsuzdur”, etiraz elədim. Onlar da məni tutub otuzdurdular maşına. Sumqayıt şəhər Polis İdarəsinə gətirib rəhbərliyin yanına çıxardılar”.

Fəal qeyd edib ki, polis idarəsində iki saata yaxın olub: “Saxlamağının səbəbini soruşanda dedilər ki, “Facebook-da prezidentə qarşı status yazmısan, sil onu”. Sonra iki saata yaxın mənimlə söhbət aparıldı. Statusu siləndən sonra sərbəst buraxıldım”.

E.Abbasov vurğulayıb ki, polis əməkdaşlarının hərəkətlərindən şikayət vermək niyyətindədir.

Gəncin dediklərinə Sumqayıt şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma nazirlik, bir qayda olaraq, insanlara tənqidi fikirlərinə görə təzyiqlər göstərilməsi ilə bağlı deyilənləri qəbul etmir.

Azadlıq Radiosu

You may also like

Leave a Comment

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az