Qarabağa dəstək yürüşündən sonra saxlanılan şəxslərin sayı 69-a çatdı (Siyahı)

tərəfindən Gozetci

 

İyulun 14-də Azərbaycanla Ermənistanın dövlət sərhədində baş verən toqquşmalardan sonra ən azı 20 min vətəndaş Bakı şəhərinin mərkəzi küçələrində yürüş keçirdi, əsasən Milli Məclis və Azadlıq Meydanında toplaşdı. İtkilərdən qəzəblənən yürüş iştirakçıları orduya dəstəklərini ifadə etdilər. Əsasən dinc formada davam edən yürüş bir qrup şəxsin Milli Məclis binasına daxil olmasından sonra polis tərəfindən qeyri-mütənasib güc, gözyaşardıcı qaz, rezin güllə və su şırnaqlarından istifadə edilərək dağıdıldı. Təkcə yürüş gecəsi Bakının mərkəzi küçələrində 70-dən çox şəxs saxlanılaraq polis bölmələrinə aparıldılar.

İyulun 15-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq hadisələrlə bağlı cinayət işinin açıldığını bildirdilər. Baxmayaraq ki, rəsmi mənbələrdə saxlanılanların sayı və kimliyi ilə bağlı məlumat qeyd olunmadı, bir müstəqil mənbə DİN-ə istinadən 7 nəfərin  cinayət məsuliyyətinə cəlb olunduğunu bildirdi. Bundan başqa digər bir mənbə qeyri-rəsmi olaraq cinayət işinə cəlb olunduğu iddia olunan 6 nəfərin şəklini yaydı.

Prezident Ilham Əliyevin 16 iyul tarixli çıxışında insidentlərə görə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarının günahlandırmasından sonra başlanan yeni həbslər dalğası əsasən müxtəlif siyasi qrup və partiyaların üzvlərini və ictimai fəalları hədəf aldı və ən az 60 nəfərin həbsi ilə yekunlaşdı. Saxlanılanlar inzibati və cinayət məsuliyyətinə cəlb olundular, bəzilərinə isə işgəncə verildi. AXCP rəsmilərini bildirir ki, partiyanın üzvləri – Seymur Əhmədov, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli, Ramid Nağıyev and Fuad Qəhrəmanlı müxtəlif saxlanma mərkəzlərində ağır şəkildə döyülüblər və yürüşdə baş verən insidentlərə görə partiyanın yüksək ranklı üzvləri və lideri Əli Kərimliyə qarşı ifadə verməyə məcbur ediliblər.

Saxlanılanlardan bəziləri Cinayət Məcəlləsinin 139-1 – karantin rejiminin qaydalarını pozma, 186.2.1 – əmlakı dağıtma və ziyan vurma, 233 – ictimai asayişin pozulması və kütləvi iğtişaşlar yaratma, 278 – ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və 315 – hakimiyyət nümayəndəsinə qarşı müqavimət və zor tətbiq etmək maddələri ilə ittiham olunublar və əsasən 3 aylıq həbs-qətimkan tədbiri ilə həbs olunublar. Bu maddələrlə bəzi məhkumları ömürlük həbs cəzası belə gözləyir.

Eyni zamanda, saxlanılanların başqa bir qrupu isə İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə– karantin rejiminin qaydalarını pozmaqda ittiham olunublar və 15-30 gün arası inzibati həbs cəzaları alıblar. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsasən saxlanılan şəxslərin siyahısını hazırlayıb və bu siyahını yeniləməyə davam edəcək.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər:

  1. Asif Yusifli, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  2. Seymur Əhmədov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  3. Bəxtiyar İmanov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  4. Ramid Nağıyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  5. Ismayil Həsənov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  6. Ayaz Məhərrəmli, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  7. Baba Süleymanov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  8. Ceyhun Novruzov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  9. Məhəbbət Nağıyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  10. Telman Seyfullayev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  11. Gündüz Mirzəyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  12. Elnur Cabbarov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  13. Müşviq Quliyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, AXCP üzvü
  14. Ariz Ibadət, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, ictimai fəal
  15. Pərvin Çobanov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, Azərbaycan Demokratiya və Rifah hərəkatının üzvü
  16. Tural Vəliyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, Müsəlman Birliyi Hərəkatı üzvü
  17. Kamil Mahmudov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, Müsəlman Birliyi Hərəkatı üzvü
  18. Siyavuş Mustafayev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, Naxçıvan MR-nin Daxili İşlər Nazirinin keçmiş müavini
  19. Səbuhi Mustafayev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  20. Müşfiq Vahabov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  21. Ilkin Əliyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  22. Elçin Məmmədov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  23. Emin Hüseynzadə, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  24. Ramiz Babayev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  25. Azər Məmmədov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  26. Şəmsi Rahimli, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  27. Dəyanət Mövlayev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  28. Vüsal Quliyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  29. Elçin Mehdiyev, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  30. Ismayil Məmmədov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  31. Fariz Məmmədov, CM-nin 186.2.1, 233 və 315-ci maddələri, vətəndaş
  32. Fuad Qəhramanlı, CM-nin 186.2.1, 233, 278 və 315-ci maddələri, AXCP üzvü
  33. Məmməd Ibrahimov, CM-nin 186.2.1, 233, 278.1 və 315-ci maddələri, AXCP üzvü
  34. Samid Qədirov, CM-nin 139-1ci maddəsi, vətəndaş
  35. Vüqar Valiyev, CM-nin 139-1ci maddəsi, vətəndaş
  36. Məhəmməd Imanlı, CM-nin 139-1ci maddəsi, AXCP üzvü
  37. Mehdi Ibrahimov, CM-nin 139-1ci maddəsi, həbs olunmuş AXCP üzvü Məmməd İbrahimovun oğlu

 

İnzibati məsuliyyətə cəlb olunan şəxslərin siyahısı:

 

  1. Nicat Abdullayev, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  2. Mahir Namazov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  3. Süleyman Məhərrəmov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  4. Fərrux Əliyev, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  5. Elxan Nuriyev, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  6. Elnur Həsənov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  7. Rəşid Turabov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  8. Elnur Yusubov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  9. Sarvan Cumayev, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  10. Yaşar Kərimov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  11. Emin Fərhadov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  12. Babək Muradov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  13. Elnur Quliyev, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  14. Feyruz Rəhimov, İXM-nin 211.1-ci maddəsi, AXCP üzvü
  1. Manaf Kərimov, İXM-nin 211.1-ci maddəsi, şair
  2. Ayxan Ələkbərzadə, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  3. Cəsur Ağayev, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  4. Cəsarət Səlimov, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  5. Elnur Bağırov, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  6. Vüsal Ağayev, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  7. Əli Rüstəmzadə, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  8. Xaləddin Məmmədov, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  9. Zeynal Ataşov, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  10. Xəzan Şəkərəliyev, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  11. Süleyman Mehralıyev, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  12. Orxan Cəfərli, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  13. Novruz Alışov, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  14. Murad Israfilzadə, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  15. Taleh Sultanov, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  16. Şadoğlan Şahabbaszadə, İXM-nin 211.1-ci maddəsi, vətəndaş
  17. Zirəddin Quliyev, İXM-nin 211.1-ci maddəsi, vətəndaş

 

Hazırda statusu naməlum olan şəxslərin siyahısı

  1. Elvin Məmmədov (ilk öncə CM-nin 186.2.1, 233 və 315-ci maddələri ilə ittiham olunduğu bildirilsə də, sonradan onun şahid qismində cinayət işinə cəlb olunduğu ilə bağlı məlumatlar dolaşıb, hazırda statusu dəqiqləşdirilir)

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az