[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Babək Muradov, Feyruz Rəhimov, Elnur Quliyev, Yaşar Kərimov və Emin Fərhadovun inzibati qaydada həbs olunduğu bildirilir.
AXCP-dən Azadlıq Radiosuna verilən məlumata görə, fəallardan üçü – B.Muradov, Y.Kərimov və E.Fərhadov İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsini pozmaqda təqsirli biliniblər: “Onlar 30 sutka müddətinə həbs olunublar. Elnur Quliyev da 30 sutka müddətinə həbs olunub. Feyruz Rəhimov isə 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Quliyevin və Rəhimovun maddəsini öyrənmək mümkün olmayıb”.
AXCP-dən bildirildiyinə görə, B.Muradov, E.Quliyev və F.Rəhimov iyulun 30-da, digər iki partiya üzvü iyulun 28-də saxlanıb.
Partiyadan verilən digər məlumata görə, dünən, iyulun 30-da saxlanan cəbhəçilər Elnur Cabbarlı və Müşviq Quliyev barədə isə heç bir məlumat yoxdur.
AXCP iyulun 30-da ümumilikdə beş üzvün saxlanılması deyilir.
Amma bütün bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Turan[:]