[:az] Bu gün Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədovun inzibati həbsindən verilmiş şikayəti təmin etməyib.
İclas onun iştirakı olmadan keçirilib. Karantin tədbirlərini bəhanə edərək, onu məhkəməyə gətirməyiblər.
Maraqlıdır ki, Əhmədov artıq 30 gün inzibati həbs cəzası çəkib, bu müddət başa çatdıqdan sonra ona qarşı CM-in 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddə ilə cinayət ittihamı irəli sürülüb və o 4 ay müddətinə həbs edilib.
Bu qərardan verilmiş apellyasiya şikayətinə hələlik baxılmayıb. Vəkil Sadıqova hələlik istintaq təcridxanasında müvəkkili ilə görüşməyə müvəffəq olmayıb.
AXCP-nin məlumatına görə, Əhmədov terrorçuluqda iştirakı ilə bağlı ifadə almaq məqsədilə ağır işgəncələrə məruz qalır.
Turan[:]