[:az]Biləsuvarda etirazlarla əlaqədar 7 nəfər saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısında dünənki insidentlə əlaqədar 7 nəfər saxlanılıb.

DİN-in və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatına görə, “icazəsiz” aksiyanın bir neçə iştirakçısı ictimai asayişi pozub və polisin qanuni tələblərinə tabe olmayıb.

Bununla əlaqədar 7 nəfər saxlanılıb, iki nəfər xuliqanlığa və polisə müqavimət göstərdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Beş nəfər barəsində kiçik xuliqanlığa görə protokol tərtib edilib, deyə məlumatda bildirilir.

Xatırladaq ki, mayın 4-də yüzlərlə insan pandemiyadan zərər çəkənlərə ayrılmış maddi yardımın paylanmasından narazılıqlarını bildirmək üçün Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısına gəlib. Polis onları dağıtmağa başlayıb və qarşıdurma baş verib.

Turan

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az