[:az]Vəkil Yavər Hüseynin müraciətinə mayın 30-da baxılacaq[:]

tərəfindən Gozetci

[:az]«Vəkil kimi hüquqlarımın bərpasına Nərimanov Rayon Məhkəməsində baxılacaq».

Bunu AzadlıqRadiosuna vəkil Yavər Hüseyn bildirib. Onun sözlərinə görə, məhkəmə baxışı mayın 30-u saat 15:00-a təyin edilib.

Y.Hüseyn Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılovun vəkilidir.

Onlardan mayın 18-dən xəbər yoxdur. Vəkil bildirib ki, həmin şəxslərin saxlanaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı güman edilir. Amma vəkilin vurğulamasına görə, dəfələrlə həmin idarəyə getsə də, hüquqlarını qoruduğu şəxslərlə görüşə bilməyib. Y.Hüseyninin qeyd etməsinə görə, həmin idarədən ona bildiriblər ki, hüquqlarını müdafiə etdiyin şəxslər burada saxlanmır.

Vəkil məsələ ilə bağlı baş prokurorluğa da müraciət edib.

Y.Hüseyn müdafiə etdiyi şəxslərlə görüşə bilməməsini həm onların, həm də özünün hüquqlarının tapdalanması sayır və bu səbəbdən də məhkəməyə üz tutub.

Azərbaycan Xalq Hərəkatından (AXH) verilən məlumata görə, son həftələr onların onlarla fəalları saxlanıb, sonradan həmin şəxslərin hamısı sərbəst buraxılsa da, İdarə heyətinin iki üzvündən xəbər tuta bilmirlər. Hərəkət baş verənləri təzyiqlər kimi dəyərləndirir.

Vəkilin, AXH-nın açıqlamalarına, hələlik, Daxili İşlər Nazirliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların deməsinə görə, ölkədə heç kim dinc, sivil siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az