[:az]İ.Rəhimovun şikayəti təmin edilməyib[:]

tərəfindən Gozetci

[:az]Bu gün, dekabrın 13-də Səbail Rayon Məhkəməsində realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun şikayətinə baxılıb.

Onun yaxınları AzadlıqRadiosuna bildiriblər ki, şikayət İ.Rəhimovun evində, avtomobilində axtarış aparılması, götürülmə, kompüter və telefon yaddaşına baxış keçirilməsi ilə bağlı olub. İ.Rəhimov məhkəmə də həmin prosedurların qanuniliyini mübahisələndirib.

Yaxınlarının deməsinə görə, o, çıxışında saxlanılma şəraitindən narazılıq edib.

«Həm də bilavasitə istintaq aparan qurumun (Dövlət Təhlükəsizliyi Xidməti-R) nəzarətində saxlanılıram», – yaxınlarının deməsinə görə, İ.Rəhimov məhkəmədə belə deyib.

İ.Rəhimov məhkəmədə habelə bildirib ki, davamlı tənqid etdiyi Mətbuat Şurası onun barəsində 2016-cı ildən dəfələrlə Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Həmin vaxtlar mənzilində əməliyyat keçirildiyini, kompüter və digər əşyalarının aparıldığını bildirən sayt redaktoru bunun da onun fəaliyyətini məhudlaşdırmaq planının tərkib hissəsi olduğunu vurğulayıb.

Yaxınlarının deməsinə görə, İ.Rəhimov həbs edilməsindən bəri onunla bağlı həyata keçirilmiş bütün hüquqi prosedurların qanunsuz olduğunu vurğulayıb. O, məhkəmədən şikayətinin təmin olunmasını xahiş edib.

Ancaq Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

Yaxınlarının sözlərinə görə, Səbail Rayon Məhkəməsinin qərarından şikayət veriləcək.

İ.Rəhimovun məhkəmədə səsləndirdiyi fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma
İ.Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib. Bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında isə İ.Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: «İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib».

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmir

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az