[:az]Şəhid ailəsinin nümayəndələri etiraz aksiyası keçiriblər[:]

tərəfindən Gozetci

[:az]Bu gün 100-ə yaxın şəhid ailəsinin nümayəndələri Milli Məclisin binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar Azərbayanın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olan ailə başçılarına görə verilən kompensasiyanın ödənilməməsindən şikayət ediblər.

Bu ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olan və ya itkin düşən şəxslərin ailələrinə 11 min manat həcmində birdəfəlik kompensasiyanın ödənilməsi barədə sərəncam imzalayıb.

Kompensasiyaların ödənilməsinə oktyabrın 9-dan başlanılıb. Lakin ailələrin bir çoxuna verilməyib, bildirilib ki, onlar pul vəsaitini bundan əvvəl alıblar. Vətəndaşların dövlət orqanlarına şikayətlərinə baxılmır.

Ailələr oktyabrın 16-da parlamen binasının qarşısında aksiya keçiriblər və bu gün yenidən gəliblər. Parlamentin Sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli onların qarşısına çıxıb.

Aksiya iştirakçısı Sevinc Quluzadənin söslərinə görə, deputat onlara bildirib ki, məsələ öyrənilir və yaxın iki ildə həll olunacaq.

“Mən soruşdum ki, niyə sənədlər hazırlananda bu məsələ öyrənilməyib, o cavab verməyərək getdi”, – S.Quluzadə deyib.

Etirazçılar parlament binasının qarşısından Prezident Administrasiyasına doğru gediblər.

 

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az