[:az]Orduxan Teymurxan yenə bacısı oğlunun saxlandığını deyir[:]

tərəfindən Gozetci

[:az]Avropada yaşayan mühacir bloqqer Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyevin saxlandığı bildirilir.

Bu barədə O.Teymurxanın özübildirib.

Onun deməsinə görə, 19 yaşlı Tural Əliyev Bakı Dövlət Universitetinin kimya fakültəsində oxuyur. O.Teymurxan vurğulayıb ki, T.Əliyev universitetdən qayıdanda yolda saxlanıb:

“Yoldan zorla aparılıb. Deyirlər, 2 ay müddətinə inzibati qaydada həbs ediblər. Hansı maddə ilə həbs olunduğu bilinmir”.

Bu deyilənləri, hələlik, hüquq mühafizə orqanlarından dəqiqləşdirmlük mümkün olmayıb.

Bu ilin fevral ayında da Orduxan Teymurxanın yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi. Onda da deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Orduxan Teymurxan vurğulamışdı ki, Avropada fəaliyyəti ilə bağlı Azərbaycanda onun yaxınlarını incidirlər. Son həftələr O.Teymurxan və Azərbaycandan mühacirət edən bəzi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevin nimunəsində “ Diktatoru tanıdaq” aksiyası keçiriblər.

Ancaq mühacirlərin oxşar şikayəti ilə bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bir müddət öncə Azadlıq Radiosuna bildirmişdilər ki, Azərbaycanda heç kimin siyasi əqidəsinə görə, qohumları incidilmir.

Üstəlik, rəsmilər prezident İlham Əliyevin diktator sayılması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur.

Bundan avvəl də O.Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilirdi.

Orduxan Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi.Sonradan polisə aparıldığı deyilən şəxslərdən iksindən başqa hamsının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə, cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az