MeydanTV jurnalistlərinin mənzillərində axtarışlar aparılıb (YENİLƏNİB)

tərəfindən Gozetci
Dekabrın 6-da axşam saatlarında MeydanTV-nin saxlanılan əməkdaşı Natiq Cavadlının Sumqayıtda yaşadığı mənzildə axtarış aparılıb.
Bu barədə jurnalistin ailəsindən Turana bildiriblər.
“Natiq özü axtarışda iştirak edirdi. Polislər öncə Natiqin şkafını axtardılar. Şkafdakı bütün kitabları tökdülər. Kitabların arasını axtardılar. Sonra yataq otağında axtarış apardılar. Natqin komputerini və bir-iki köhnədən qalan fləşkartları götürdülər. Evimizdə cəmi 90 manat pulumuz var idi. Pulu götrmədilər. Axtarış iki saat davam etdi. Hətta uşaqlarımızın komputerlərinin yaddaşını da yoxladılar”, jurnalistin ailəsindən Turana bildiriblər.
 Dekabrın 6-da axşam saatlarında MeydanTV-nin saxlanılan digər əməkdaşı Aynur Elgünəşin yaşadığı evdə də axtarış aparılıb.
Bu barədə jurnalistin qohumları bildirib.
“Evin açarları Aynurda idi. Biz evə daxil olanda orada hər şeyi dağıdılmış vəziyyətdə gördük. Çox yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Amma mənzilin daxilində hər şey dağınıq vəziyyətdədir. Nə götürdükləri barədə bir söz dedyə bilmərik”, jurnalıstin qohumlarından biri Turana deyib.
MeydanTV-nin redaksiyasından saxlanılan digər jurnalistlərin də mənzillərində axtarış aparıldığını bildiriblər.
*  *  *

Meydan TV jurnalisti gecə saatlarında təcili yardım çağrılıb

Bakı şəhər Baş Polis İdarəsinə saxlanılan Meydan TV-nin əməkdaşı Aynur Elgünəşə gecə saatlarında təcili yardım çağrılıb.

*  *  *

Vəkillərə Meydan Tv-nin jurnalistləri ilə görüşə icazə verilmir

Vəkil Nazim Musayevə Meydan Tv-nin jurnalisti Xəyali Ağayevanın müdafiəsinə buraxılmayıb.

Vəkilin jurnalistlərə verdiyi məlumata görə, özünü müstəntiq Nahid Abbaslı kimi təqdim edən kapitan rütbəli zabit onu jurnalistin olduğu kabinetə qədər müşayiət edib.

Bundan əvvəl o, vəkilin orderinin fotosunu çəkib. Onlar kabinetə daxil olanda orderin fotosunu müstəntiq  kiməsə göndərib. Bundan sonra o, vəkilə deyib ki, onun erderində  guya “bugünkü tarix  deyil” və Musayevin Ağayevanı müdafiə etməsinə icazə verilməyib.

Musayev müstəntiqin hərəkətlərini “özbaşınalıq” kimi qiymətləndirib.

Ağayeva vəkilə  ondan izahat aldıqlarını və vəkil gələnə qədər onunla müəyyən istintaq hərəkətləri apardıqlarını bildirməyə macal tapıb.

Saxlanılan digər jurnalistlərə də vəkil buraxılmır.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az