Xeberman.com saytının redaktoru Polada Aslanovun həyat yoldaşı Gülmirə Aslanova 1 saylı cəzaçəkmə müəssisəsində ərinə təsirli tibbi yardım göstərilmədiyini bildirib.
Onun sözlətinə görə, Penitensiar Xidmətin Tibb Müəssisəsinin həkimi Polad Aslanovu yalnız təzyiqini ölçərək və ürəyini və qarın boşluğunu “əli ilə müayinə” edərək tam sağlam olduğu rəy verib.
Amma Polad Aslanovun qan təzyiqi daim 90/60-dır, ağır baş ağrıları var.
Gülmirə Aslanova Penitensiar Xidmətin rəhbərliyini həyat yoldaşı üçün ultrasəs müayinəsi və eхokardiyogram edilməsini tələb edib.
Xatırladaq ki, Aslanov 16 Noyabr 2019-cu ildə İran lehinə casusuluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilib. O bu ittihamı rədd edib və hüquq-mühafizə orqanlarında korrupsiya ilə bağlı materiallar dərc etdiyinə görə cəzalandırıldığını iddia edib.
Sərhədsiz Reportyorlar və digər insan haqları təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.
Turan