Əhməd Məmmədli barəsində 4 aylıq qətimkan tədbiri seçilib

tərəfindən Gozetci

Əhməd Məmmədli

 

Mayın 8-də yeni yaradılan “Yoldaş Media”nın rəhbəri Əhməd Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə Binəqədi rayon Məhkəməsində qərar çıxarılıb. Media rəhbəri  Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Məmmədli mayın 6-da axşam saatlarında saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) məlumat yayaraq bildirib ki, o, Biləcəridə bıçaqlanma ilə nəticələnən mübahisəyə görə saxlanılıb.

DİN-in məlumatında qeyd edilib ki, mayın 6-sı axşam saatlarında Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində Vüqar Dünyamalıyevə qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

“Hadisəni törədən şəxsin Cəlilabad rayonunda anadan olmuş Əhməd Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başladılaraq istintaq aparılır”, – DİN-in məlumatında deyilib.

İctimai fəalın yaxınları isə bildirib ki, Əhməd Məmmədli evinə gedən zaman hücuma məruz qalıb.

“İndi onun kiməsə ağır xəsarət yetirdiyi  iddia olunur. Əhməd Məmmədli deyir ki, bu qurama işdir və onun özünü döyüblər. Vəziyyəti ağırdır”, – fəalın yaxınları qeyd edib.

Mayın 8-də Əhməd Məmmədli məhkəməyə gətirilərkən uca səslə “Yoldaş Media ilə bağlı həbs olunmuşam, azad media susdurula bilməz!” deyib.

AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az