Yeddi müxalif fəal Tofiq Yaqublu ilə həmrəyliyini bildirdi

tərəfindən Gozetci

Tofiq Yaqublunun həbsxanada başlatdığı aclıq aksiyasına dəstək

 

Aprelin 29-da 7 müxalif fəal həbsdə aclıq aksiyası keçirən Milli Şura üzvü Tofiq Yaqublu ilə həmrəylik aksiyasına başladıqlarını açıqlayıblar.

Müsavat Partiyasının Bakıdakı qərargahında aclığa başladıqlarını vurğulayan həmin müxaliflər T.Yaqublu və digər siyasi məhbus sayılan şəxslərə azadlıq tələb edirlər. Onlar Müsavat Partiyasından Natiq İsrafil, Azərbaycan Demokratik Rifah Partiyasından Hüseyn Məlik, Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) isə Ceyhun NovruzovZəkərulla NağıyevTəvəkkül Həsənovİsmayəddin Qasımov və Rövşən Səfərovdur.

Hələlik, məsələyə rəsmi qurumların münasibəti bəlli deyil. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az