Vəkil: ‘Tofiq Yaqublunun vəziyyəti günü-gündən pisləşir’

tərəfindən Gozetci

Tofiq Yaqublu

 

Həbsdə artıq 32 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun 17 kiloqrama yaxın çəki itirdiyi bildirilir.

Bu barədə bu gün, mayın 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində Tofiq Yaqublu ilə görüşən vəkil Nemət Kərimli məlumat verib. Vəkil bildirir ki, onun çəkisi artıq 78.9 kq-a düşüb (aclığa başlayanda 95.6 kq açıqlanmışdı):

“Bildirdi ki, yata bilmir. Vəziyyəti pisləşib. Bir qədər söhbət etdik. Söhbət əsnasında iki dəfə nədən danışdığı yadından çıxdı. Vəziyyəti günü-gündən pisləşir”.

Vəkil deyib ki, mayın 6-da Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq:

“Ümid edək ki, məhkəmə humanizm prinsipini rəhbər tutaraq həbs-qətimkan tədbirini dəyişər…”.

Hələlik, müdafiə tərəfinin açıqlamasına Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az