‘İşçi Masası’ fəalı Sara Rəhimovanın saxlanıldığı bildirilir (YENİLƏNİB)

tərəfindən Gozetci

Sara Rəhimova

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Sara Rəhimova sərbəst buraxılıb. Bu barədə onun yaxınları aprelin 30-da məlumat yayıblar.

Sara Rəhimova özü də ona dəstək olan şəxslərə sonradan təşəkkürünü bildirib. Habelə vurğulayıb ki, saxlanılarkən polisin zorakılığına və qanun pozuntularına məruz qalıb.

Onun bu açıqlamasına, hələlik, Daxili işlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

*    *    *

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası idarə heyətinin üzvü Sara Rəhimovanın saxlanıldığı güman edilir.

Yaxınları və təşkilatın üzvlərinin bildirməsinə görə, aprelin 29-dan onunla əlaqə saxlamaq mümkün deyil.

Sara Rəhimova yaxınlarına zorakılıqla saxlanıldığını və polis bölməsinə aparıldığını bildirib.

“Onun Bakı metrosunun “Gənclik” stansiyası ərazisində saxlanıldığı ehtimal edilir. Hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil”, – yaxınları qeyd ediblər.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az