Jurnalistləri Müdafiə Komitəsi Şahnaz Bəylərqızını azad etməyə çağırır

tərəfindən Gozetci

Jurnalistləri Müdafiə Komitəsi fevralın 6-da Azərbaycan məhkəməsinin Toplum TV-nin aparıcısı Şahnaz Bəylərqızı barəsində xaricdən maliyyələşmə iddialarına görə 3,5 ay müddətinə həbs qətimkan tədbiri seçməsini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırır.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bəyanatında deyilir.

Jurnalistləri Müdafiə Komitəsi fevralın 6-da Azərbaycan məhkəməsinin xarici maliyyələşmə ittihamları ilə ToplumTV-nin aparıcısı Şahnaz Bəylərqızı haqqında həbs qərarını pisləyib və jurnalistin dərhal azad edilməsinə çağırıb.

“Veteran jurnalist Şahnaz Bəylərqızının həbsi Azərbaycan hakimiyyətinin aparıcı müstəqil səsləri susdurmaq üçün Qərb maliyyələşməsi ilə bağlı iddialardan sui-istifadə etdiyini göstərir”, təkilatın Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Gülnoza Said bildirib.

O qeyd edib ki, Şahnaz Bəylərqızı ciddi sağlamlıq problemlərindən əziyyət çəkir və onun hər gün haqsız yerə həbsdə qalması həyatını təhlükəyə atır.

“Azərbaycan hakimiyyəti onu və digər əsassız yerə həbs olunan jurnalistləri dərhal azad etməlidir”, Gülnoza Said əlavə edib.

CJP qeyd edib ki, Şahnaz Bəylərqızı hazırda Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan azı 23 jurnalist və media işçisindən biridir.

Bəyanatda xatırladılıb ki, CPJ-nin illik həbs siyahısına görə, Azərbaycan 2024-cü ildə dünyada jurnalistləri ən çox həbs edən 10 ölkədən biri olub.

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Daxili İşlər Nazirliyinə göndərdiyi sorğusuna cavab ala bilmədiyini vurğulayıb.

Təşkilat həmçinin Toplum TV-nin Azərbaycanda fəaliyyətinin dayandırdığını və mühacirətə getməsi qərarına həmrəylik nümayiş etdirir və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına çağırır.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az