Bülleten – Dekabr

tərəfindən Gozetci

ABŞ Dövlət katibi Blinken Rüfət Səfərovun boş oturacağı yanında ona verilən mükafatla şəkil çəkdirərkən.

 

ABŞ tərəfindən mükafata layiq görülən Rüfət Səfərovun həbsi

Dekabrın 3-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. [1]

O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur və bu ittihamlarla onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Səfərov ittihamları uydurma və cəfəng adlandıraraq rədd edib, insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi və mükafatlandırma mərasimində iştirakının qarşısının alınması məqsədi ilə həbs edildiyini bildirib.

Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində bir neçə ölkədən tanınmış insan hüqları müdafiəçilərinə Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatları təqdim olunub.[2]

Qaliblərdən biri Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov olub. Bir həftə öncə bu tədbirə səfər məqsədilə viza almaq üçün Bakıdakı ABŞ səfirliyində görüşdən çıxdıqdan qısa müddət sonra saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Rüfət Səfərovun səhnədə mükafatçılar üçün ayrılmış yerdə oturacağının boş olması diqqət mərkəzində olub.

Alqışlarla müşaiyət edilən foto mərasiminin sonunda Antoni Blinken Rüfət Səfərova ayrılmış boş oturacağa yaxınlaşıb və onun mükafatı ilə bərabər xatirə şəkli çəkdirib.

[1] https://turan.az/en/politics/human-rights-defender-rufat-safarov-detained-787745

[2] https://turan.az/az/siyaset/blinken-rufet-seferovu-insan-huquqlari-sahesinde-ali-mukafatla-teltif-edib-ve-azerbaycani-haqsiz-yere-saxlanilanlari-azad-etmeye-cagirib

Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiniz

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az