Müstəqil internet televiziyası “Meydan Tv”nin əməkdaşları saxlanılıb

tərəfindən Gozetci
Jurnalistlərdən xəbər olmaması ilə bağlı məlumatı jurnalist Orxan Məmməd paylaşıb. Daxili İşlər Nazirliyi (DİN) APA-ya jurnalistlərin saxlanıldığını bildirib.
“Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb”, – DİN-dən bildirilib.
“Abzas Media”nın məlumatına görə, jurnalistlər bu gün günorta saatlarında müxtəlif yerlərdə polis əməliyyatları ilə saxlanılıblar. Günortadan etibarən, jurnalistlər – Natiq Cavadlıdan, Xəyalə Ağayevadan, Aytac Tapdıqdan, Aynur Elgünəşdən xəbər almaq mümkün olmayıb. Xəyalə Ağayevanın yanında olan dostu Yunis Rzayev də polisə aparılıb.
Ötən ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az