Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib

tərəfindən Gozetci

Əli Kərimli

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında ittiham hökmü çıxarılıb. Dekabrın 2-də Nəsimi Rayon Məhkəməsində çıxarılan bu hökmlə o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimə cəzasına məhkum edilib.

Hökm AXCP-nin keçmiş üzvü, 2019-cu ildə partiyadan uzaqlaşdırılmış Aydın Əliyevin şikayəti əsasında çıxarılıb. A.Əliyev iddia edir ki, Əli Kərimli müxtəlif internet televiziyalarına müsahibələrində onu hakimiyyətlə əməkdaşlıqda suçlamaqla ona böhtan atıb.

Hökmdən öncə çıxış edən Aydın Əliyev də, onun nümayəndəsi də məhkəmədən AXCP sədrinə 6 ay həbs cəzası kəsilməsini istəyib.

Əli Kərimli çıxışında vurğulayıb ki, məhkəmə iclasından öncə polislər Nəsimi Rayon Məhkəməsinin binasının önündə cəbhəçilərə hücum edib, xeyli sayda saxlanılan və zorakılığa məruz qalanlar var. AXCP sədri bildirib ki, vəkili Vidadi Mirkamal da saxlanılaraq naməlum istiqamətə aparılanlar arasındadır.

Məhkəmənin gedişində əlaqə saxlanılıb və Vidadi Mirkamal sərbəst buraxılıaraq, prosesə qoşulub.

“Hamı bilir ki, bu, sifarişli işdir və qərar hardan gəlir. Qərarı elan edin, bitsin, insanlara əziyyət verməyə nə ehtiyac var? İndiyə qədər azı 10 nəfərə işgəncə verilib ki, mənim əleyhimə ifadə alsınlar. Bu məhkəmə prosesi də tarixdə rüsvayçı proses kimi qalaçaq. “Hökumətlə əməkdaşlıq” ifadəsi ləyaqəti alçaldan ifadə kimi qiymətləndirilir”, – Əli Kərimli bildirib.

Vəkili Fəxrəddin Mehdiyev də iddianın əsassız olduğunu vurğulayıb.

Hakim Babək Pənahov təxminən bir saatlıq müşavirədən sonra AXCP sədrinin haqqında ittiham hökmünü elan edib.

Məhkəmədən sonra Əli Kərimli AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

AzadlıqRadisou 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az