Anar Məmmədlinin həbs müddəti 3 ay uzadılıb

tərəfindən Gozetci

Anar Məmmədli

Avqustun 22-də Bakının Xətai Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin barəsində verilən həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Bu barədə Məmmədlinin vəkilləri məlumat verib.
Xatırladaq ki, Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları rədd edir.
Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az