Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək

tərəfindən Gozetci
Qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.
İndiyə qədər 3 partiyanın – REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb. Hakim Yeni Azərbaycan Partiyası isə səlahiyyətli nümayəndələrini təyin edib və seçki qərargahını yaradıb.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Ölkədə son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.
Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.
AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az