Xəstəliyinə baxmayaraq, məhkəmə Ələsgər Məmmədlinin həbs müddətini daha üç ay uzadıb

tərəfindən Gozetci

Ələsgər Məmmədli

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha üç ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib.

Vəkili Aqil Layıc bildirib ki, Ələsgər Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır.
Onun qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb. Ancaq böyük şiş sağ tərəfdə yerləşir.
Vəkil deyib ki, məhkəmə qərarına baxmayaraq, Ələsgər Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb. Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib. Vəkilin sözlərinə görə, bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır.
Müdafiə tərəfi sağ tərəfdəki şişin biopsiyasının keçirilməsində də israr edəcək.
Bundan başqa, Ələsgər Məmmədlinin həbs müddətinin uzadılması haqqında məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
İyulun 3-də Ələsgər Məmmədlidən başqa “Toplum işi”üzrə daha üç nəfərin – Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayevin, İlkin Əmrahovun və Əli Zeynalovun həbs qətimkan tədbiri 3 ay uzadılıb.
AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az