Fəal Elgiz Qəhrəman “Abzas Medianın işi” üzrə şahid qismində dindirilib

tərəfindən Gozetci

Elgiz Qəhrəman

İctimai fəal Elgiz Qəhrəman mayın 3-də “Abzas Medianın işi” üzrə şahid qismində dindirilib. Bu barədə jurnalistlərə o özü bildirib.

Fəal istintaq sirrini yaymamaq öhdəliyi ilə əlaqədar verilən sualların məzmununu açıqlaya bilməyib.

Qəhrəman həmçinin bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulub və polis bölməsində bunu onun cinayət işi üzrə şahid olması ilə izah ediblər.

* 2023-cü ilin noyabr ayı – 2024-cü ilin yanvar ayı ərzində Abzas Media ilə əlaqəsi olan səkkiz jurnalist və mətbuat işçisi həbs olunub.

Apreldə bu iş üzrə meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də həbs olunub.

İşin bütün fiqurantlarına qarşı “əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmirlər və cinayət işini korrupsiya faktlarını araşdırmaları ilə izah edirlər. Əliyev və Məmmədli ümumiyyətlə Abzas Media-nın fəaliyyəti ilə əlaqələri olmadığını bildiriblər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az