İflic vəziyyətdə olan fəalı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdiriblər

tərəfindən Gozetci

Famil Xəlilov

Narkotik maddə alveri ittihamı ilə həbs olunan ictimai fəal, birinci qrup əlil Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib. Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

Xəlilovun hər iki əli iflic olub, köməksiz vəziyyətdədir. Ona görə istintaq təcridxanasının adi kamerasında bir neçə gün  qalıb. Dünən tibb-sanitariya hissəsinə köçürüldükdən sonra işçilər onu yedirtməyə başlayıblar. Bundan əlavə, Xəlilovun arterial təzyiqi dəyişir.

“İki iflic əlimlə necə narkotik maddə alveri edə bilərəm?”, – vəkil Xəlilovun sözlərindən sitat gətirib.

Binəqədi məhkəməsinin hakimi Vüsal Tağıyev həbs qətimkan tədbiri seçərkən Xəlilovun narkotik maddə alverilə məşğul olma qabiliyyətini qiymətləndirməliydi. Digər tərəfdən, onu həbsdə saxlamaq üçün əsas yoxdur, çünki birinci qrup əlildir, faktiki olaraq əlləri yoxdur,  istintaqın gedişatına təsir göstərə və ya istintaqdan gizlənə bilməz.

*Xəlilov sığınacaq almaq ümidilə bir neçə il İsveçdə yaşayıb. Üç ayda bir dəfə vəziyyətini yüngülləşdirən xüsusi inyeksiyalar edilib. Bir il əvvəl Azərbaycana deportasiya edildikdən sonra bu tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Xəlilov əllərinin iflic olmasına baxmayaraq, sosial şəbəkələrdə fəal olub, kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edib və etiraz aksiyalarında iştiraka etməyə çağırıb.

Famil Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az