Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Anar Məmmədlinin həbsini tənqid edirlər

tərəfindən Gozetci
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə üç məruzəçisi Azərbaycan vətəndaş cəmiyyətinin liderlərindən biri Anar Məmmədlinin həbsilə bağlı narahatlığını ifadə edib, Avropa Şurasının mətbuat xidməti bildirib.
“Cənab Məmmədli Azərbaycanda seçkilərin müstəqil monitorinqini həyata keçirən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təsisçilərindən biridir.
2014-cü ilin sentyabrında Avropa Şurası Parlament Assambleyası onu Vatslav Havel insan hüquqları mükafatı ilə təltif edib”, – Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda monitorinq üzrə məruzəçiləri Liz Kristoffersen (Norveç) və Yan Liddel-Qreyncer (Böyük Britaniya), həmçinin “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyinə təhdid” mövzusunda məruzəçi Hanna Bardelin bəyanatında deyilir.
Onlar Məmmədlinin işinə yenidən baxılmasının zəruriliyini qeyd ediblər.
“Biz Cənab Məmmədlinin yenidən saxlanılmasından çox narahatıq. Onun vəkili bildirib ki, saxlanma “Abzas Media”nın bir neçə jurnalistinə qarşı işlə əlaqədardır. Müstəqil vətəndaş cəmiyyəti bu işi siyasi motivli hesab edir.
Biz Azərbaycan hakimiyyətini bu işə dərhal yenidən baxmağa və dəyərli hüquq-müdafiə fəaliyyətinə görə cənab Məmmədlinin cinayət təqibinə məruz qalmamasını təmin etməyə çağırırıq”,- məruzəçilər qeyd ediblər.
Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az