Anar Məmmədli ev dustaqlığına buraxılmayıb

tərəfindən Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli ev dustaqlığına buraxılmayıb.

Vəkil Elmar Süleymanov “Turan”a bildirib ki, mayın 8-də Xətai rayon Məhkəməsində Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb, amma təmin edilməyib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi Məmmədlinin həbsi üçün heç bir əsas görmür:

“Biz Anar Məmmədli barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Amma madam ki, məhkəmə onun barəsində həbs-qətimkan tədbirini seçib və apellyasiya şikayətimiz da təmin olunmadı, biz Anar Məmmədlinin ev dustaqlığına buraxılması üçün müraciət etmişik”.

Süleymanov bildirib ki, Məmmədlinin himayəsində azyaşlı uşağı, səhhəti zəif olan yaşlı anası və atası var: “Eyni zamanda, o, tanınmış hüquq müdafiəçisidir və onun istintaqdan yayınmaq niyyəti yoxdur. Amma, təəssüf ki, məhkəmə bizim əsaslarımızı eşitmədi və vəsatətimizi təmin etmədi”.

Vəkilin sözlərinə görə, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Müdafiə tərəfinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az