Ələsgər Məmmədli hospitala aparılıb, qaytarılıb

tərəfindən Gozetci
Bir 1 kişi görseli olabilir

Ələsgər Məmmədli

“Toplum” internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin aprelin 26-da Daxili İşlər Nazirliyinin (DİN) hospitalına köçürülsə də, saatlar sonra yenidən 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarıldığı bildirilir.
Bu barədə qardaşı Nəsimi Məmmədli məlumat verib.
Onun sözlərinə görə, aprelin 24-də Xətai rayon Məhkəməsində istintaq orqanı Ələsgər Məmmədlinin hospitala yerləşdirilməsi məsələsini öz üzərinə götürüb:
“Aprelin 26-da Ələsgəri DİN-in hospitalına köçürüblər. Deyiblər ki, müayinə olunacaq və yəqin ki, orada qalacaq, çünki prosedur belədir. Hospitalda qardaşımın qan analizini götürsələr də, biopsiya prosedurunu həyata keçirməyiblər. Bir neçə saatdan sonra heç bir səbəb göstərmədən onu yenidən istintaq təcridxanasına qaytarıblar”.
Nəsimi Məmmədli qeyd edib ki, Ələsgər Məmmədlinin səhhətində olan problemlər qalır:
“Boğulmalar var, vəziyyəti heç də yaxşı deyil. Həm də narahatdır ki, qalxanabənzər vəzində şiş getdikcə böyüyür”.
Bu açıqlamalara, hələlik, DİN və başqa rəsmi tərəflərdən münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az