İmran Əliyevə qarşı yeni ittiham irəli sürülüb

tərəfindən Gozetci

İmran Əliyev

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.

Əliyevin yaxınları Turana deyib ki, aprelin 26-da İmraan Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 ( Qaçaqmalçılıq- təkrar törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Bundan əvvəl ona qarşı CM-nin 206.3.2 (Qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunmuşdu. Beləliklə indi Əliyev Cinayət Məcəlləsinin. hər iki maddəsi ilə ittiham olunur.

Hər iki maddə üzrə sanksiyalar eynidir – 5 ildən 8 ilə qədər həbs.

Lakin hər iki maddə üzrə ittihamın olması bu müddətlərin yuxarı həddinə yaxın cəza təyin edilməsi  ehtimalını artırır.

* İmran Əliyev aprelin 18-də hökumətyönlü Qafqaz.info saytında Abzas Media və Toplum TV-nin əməkdaşları ilə birlikdə onun da pul qaçaqmalçılığı ilə əlaqəsi olduğu haqqında məqalə dərc edildikdən sonra saxlanılıb.

Aprelin 19-da məhkəmə Əliyevi iki ay müddətinə həbs edib. Məhkəmədə o, etiraf ifadəsi vermək məqsədilə döyüldüyünü və elektrik cərəyanından istifadə ilə işgəncələrə məruz qaldığını bildirib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az