Tofiq Yaqublunun ev dustaqlığına buraxılmamasından şikayəti təmin edilmədi

tərəfindən Gozetci

Tofiq Yaqublu

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılmaması ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Bundan əvvəl Bakının Nərimanov rayon Məhkəməsi aprelin 2-də müxalif siyasətçinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti rədd etmişdi.

Müdafiə tərəfinin bildirməsinə görə, T.Yaqublu öz həbsini siyasi fəaliyyəti ilə bağlayıb. Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

T.Yaqublu ötən il dekabrın 14-də saxlanaraq haqqında həbs-qətimkan tədbiri seçilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayılır.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, iğtişaş salmaq, başqasına xəsarət yetirmək və başqa qanunsuz əməllərdə ittiham edilib. Amma bütün ittihamları qurama sayıb.

Bir sıra yerli hüquq-müdafiə təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az