Hüquq müdafiəçisi İlhamiz Quliyevin həbs qətimkan tədbiri uzadılıb

tərəfindən Gozetci

İlhamiz Quliyev

Aprelin 3-də Yasamal Rayon Məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə onun həbs qətimkan tədbirini 20 gün müddətinə uzadıb.

Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisinin yaxınları məlumat verib. Yaxınları bildirib ki, bundan öncə İlhamiz Quliyevin polis tərəfindən döyülməsi ilə bağlı Baş Prokurorluqda araşdırma aparılması üçün şikayət verilib, lakin prokurorluq belə qənaətə gəlib ki, o öz-özünə xəsarət yetirib.

Hüquq müdafiəçisinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Onun işinə Yasamal Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 24-ü keçiriləcək.

İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az